Bia.Az

Güneylilər film çəkir, quzeylilər də iştirak edəcək

Cəmiyyət
 24-01-2023, 01:09     26

Urmu gölünün qurumasından illər sonra baş verəcək ekoloji fəlakətdən bəhs edən bədii filmin hazırlıqlarına başlanılıb.

Bu barədə Kult.az-a açıqlamasında tanınmış güneyli rejissor Babək Şirinsifət məlumat verib.

O, filmə Türkiyə, Azərbaycan, İraq və İrandan olan yaradıcı heyətin cəlb olunacağını diqqətə çatdırıb:
“Gölün nağılı” adlı film Azərbaycan dilində çəkiləcək. Xaricdən dəvət etdiyimiz şəxslər isə öz dilində danışacaq. Hadisələr bir yazıçının toy günündə cərəyan edir. Ekran işinin çəkilişlərini gələn ilin payızına nəzərdə tutmuşuq. Artıq ilkin mərhələ başa çatıb. Bəzi detallar üzərində iş gedir. Filmin ssenarisində yazıçı Hafiz Xiyavi və rejissor Bəhram Təvəkküli də yaxından iştirak edir. Operator isə Turac Aslanidir”.
Rejissor bədii filmin hazırlıqları ilə yanaşı, sənədli film üzərində də işlədiyini deyib. Bildirib ki, Muğan-Savalan yaylasında etno-mifoloji janrda çəkdiyi sənədli filmin çəkilişlərinin 40 faizi artıq tamamlanıb.
Yaradıcılıq planlarından danışan B.Şirinsifət filmlərlə yanaşı, kitab və sərgi hazırlıqları ilə də məşğul olduğunu diqqətə çatdırıb.
“İstər şimal, istərsə də cənubdan olan ziyalılarımız türk antologiyası və mifologiyası ilə yaxından tanış deyil. Mütəxəssislər istisna olmaqla, bu barədə az məlumatlıdırlar. Yunan mifindən saatlarla danışa bilərlər, amma çox az adam bilir ki, Ülgən, yaxud Kayra xan kimdir. Qərara gəldim ki, Orta Asiyadan başlamış Anadoluya qədər, mifoloji qəhrəmanlarımız, eləcə də ortaq inanclarımız haqqında bir kitab hazırlayım. Türk dilində nüsxəsi demək olar ki, hazırdır.
İllüstrasiyalar üzərində də çalışıram. Çünki təsvir anlayışı bir millət və xalq üçün çox vacibdir. Bizim qədim kitablarda bu tip təsvirlər olub. Qaynaqlarım zəngin deyil, öz təsəvvürümdə olanlar əsasında çəkirəm. Artıq 40 əsər çəkilib. Sərgi, yaxud kitab şəklində təqdim etmək fikrindəyəm”скачать dle 12.1