Bia.Az

Azərbaycan səfirindən ilginc paylaşım - “Bir gün görəvimi yarımçıq buraxıb qaçası olsam…”

Siyasət
 24-01-2023, 01:26     29

Ötən ilin mayında Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilən Vilayət Quliyev sosial şəbəkədəki şəxsi səhifəsində maraqlı paylaşım edib.

Musavat.com bildirir ki, diplomat aşağıdakı xatirəsini bölüşüb:

“1992-ci ildə müsafir öyrətim üyəsi kimi Ərzurum Atatürk universitetində işləyirdim. Yollar yenicə açılmışdı. Müəllimlərdən bir neçəsi Azərbaycana getmişdi. Qayıdandan sonra biri məni kənara çəkib dedi:

-Xocam, memleketiniz gercekten çok güzel. Amma iki büyük sorununuz var: biri Yukarı Karabağ, o biri tuvaletleriniz”.

V.Quliyev ardınca əlavə edib:

 “İndi o müdrik kişinin sözü olmasın - Bosniya gözəl ölkədir. Amma iki böyük sorunu var: biri yolları (aydın məsələdir ki, dağlarda hayvey çəkmık asan məsələ deyil), o biri siqaret - uşaqlı-böyüklü, qocall-cavanlı, qadınlı-kişili hamısı hər yerdə - işdə, evdə, kinoda, restoranda, hətta ticarət mırkəzlərində siqaret tüstülədirlər. Bir gün görəvimi yarımçıq buraxıb qaçası olsam - səbəb siqaret tüstüsü olacaq!”скачать dle 12.1